Haqqında
“Bank Respublika” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə başlayır.
16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər. İlkin seçmə mərhələləsini keçən fintex-startaplar inkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir.
Açıq Bankçılıq (Open Banking) ideyası banklarının müştərilərinin datalarını onların iştirakı və razılığı ilə digər bizneslər üzərindən ötürməklə geniş çeşidli daha rahat və təhlükəsiz xidmətləri göstərmək məqsədini daşıyan yenilikçi bir yanaşmadır.
Hazırda Açıq Bankçılıq yanaşmasını HSBC, Barclays, RBS, Santander, Bank of Ireland, Allied Irish Bankd, Danske, Lloyds və Nationwide kimi banklar, həmçinin, Almaniya bankı Deutsche Bank, Fransa bankı CrediAgricole, BBVA və s. kimi dünyanın bir çox böyük bankları təqdim edir. 2019-cu ilin Sentyabr ayından etibarən Açıq Bankçılıq yanaşmasının tətbiqi bütün Avropa bankları üçün zəruri olmuşdur.
Açıq Bankçılıq üçün Avropa tərcübəsində əsas iki standart PSD2 və UK-də "Open Banking" standartı mövcuddur.
Bank Respublika ASC Quantum adlandırılan Açıq Bankçılıq layihəsi ilə developerlərə geniş imkanlar yaratmışdır. Developerlər istifadəsini rahatlaşdırmaq məqsədi ilə onlar üçün developer portal yaradılıb. Bu portal daxilində istifadəçilər onlara təqdim olunan API-ləri təqdim olunan dokumentasiyanın dəstəyi ilə öz sistemlərində tətbiq edə, Ruby, PHP, Python, Java, Node, Swift, C# və s. kimi proqramlaşdırma dillərində nümunə skriptlərə baxa və kodları "sandbox" rejimində test edə bilərlər.
Seçilən komandalar



"İnkubasiyada" olan startaplara necə dəstək göstəririk?
Startapçılara ideyalarını həyata keçirmək, konsepsiya sübutundan, texnologiyaları inkişaf etdirməyə və onların tətbiqində dəstək veririk. Bütün bunlar həm Bank Respublika, həm də "INNOLAND"dan mentorluq yanaşı, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir. "INNOLAND"ın müasir 24/7 ofisi, mətbəx və WI-FI sizin ixtiyarınızdadır!
İnkubasiya Mərhələləri
Konsepsiya sübutu
Müəyyən konsepsiya və ya nəzəriyyənin praktiki potensialının yoxlanılması
İnkişaf dövrü
Tətbiqetmənin stabil sınaq-qabağı buraxılışının mövcud olması
MVP istehsal dövrü
Tətbiqetmənin mağazalara təchizetmək üçün hazır olan yekun versiyasını təqdim edilməsi
Mentorlar

Məmməd Kərim
“İNNOLAND” Mərkəzinin RəhbəriVüsal Kərimli
SUP Akseleratorun İcraçı Direktoru
Fidan Əhmədova
İnkubasiya Meneceri
Rəşad Eyvazov
Next Step İnkubasiya Mərkəzinin Direktoru
Tamerlan Rüstəmov

İlqar Hidayətov

Elnur Həsənov
İdarə heyəti
Fərrux Əliyev
Layihələrin idarə edilməsi
Anar Həmidov
Pərakəndə satışlar
Novruz İbrahimov
Risklərin idarəedilməsi
Nurlan Nəsibov
AML
Nigar Səmədova
Bank Kartları
İlkin Zeynallı
İnsan Resursları
Əli Daşdəmirov
Marketinq